Berluskoninin qazandığı 3 milyonluq MİRAS
21.05.2018
Berluskoni göznəlımədən 3 milyon avro məbləğində mirasa sahib oldu.
"Dövran Media” Zelv.ruya istinadən xəbər verir ki,Silvio Berluskoni vaxtı ilə onun iqamətgahında çalışmış sabiq işçisi tərəfindən üç milyon avro məbləğində miras alıb. La Stampa qəzeti xəbər veriri ki, 88 yaşlı qadın 20 gün əvvəl ölüb, övladı və əri olmadığından, o, əvvəllər uzun illər birlikdə işlədiyi Berluskoni üçün vəsiyyətnamə yazmaq qərarına gəlib. Nəşrin məlumatına görə, vəfat etmiş xanım üç böyük daşınmaz əmlaka, obyektlərə və iki bank hesablarına malik olub. Bildirilir ki, birgə işlədiyi illərə görə təşəkkür etməsi onun belə qərar verməsinə səbəb olub. Xəbər verildiyi kimi, Milan məhkəməsi Mediaset qrupunda maliyyə fırıldaqları ilə bağlı işdə Berluskoniyə bəraət qazandırmaq qərarı çıxarıb.