Bu, koronavirusdan daha təhlükəlidi... - ABŞ-ın baş cərrahı
03.03.2020
Koronavirusla bağlı ABŞ vətəndaşları üçün risk aşağı olaraq qalır.
Bunu ABŞ-ın baş cərrahı Cerom Adams "Foks” televiziyasına müsahibəsində deyib.
"Təhlükəsizliyin təmini üçün qəbul edilməli olan bir sıra tədbirlər var. Bəzi şeylərin edilməsinə isə ehtiyac yoxdur. Koronavirusun ictimaiyyət arasında yayılmasının qarşısının alınması üçün maskaların effektivliyi hələ sübut edilməyib. Maskaların necə daşınmasını bilməyən insanlar adətən üzlərinə toxunurlar və bununla da koronavirusun yayılmasını sürətləndirirlər”, – deyə o bildirib.
Adams hər il mövsümi qriplərə görə ABŞ-da 18 min nəfərin öldüyünü və bunun koronavirusdan ölənlərdən dəfələrlə çox olduğunu söyləyib.