SSRİ müdafiə nazirinin keçmiş müavini öldü
02.03.2020
1990-1991-ci illərdə SSRİ müdafiə nazirinin müavini vəzifəsini icra etmiş ordu generalı Vladimir Şuralev Moskvada yol qəzasında ölüb.
Bu barədə Rusiya hərbi rəislər klubunun aparat rəhbəri Nikolay Deryabin məlumat verib.
"Martın 1-də Vladimir Şuralev keçədə sərnişin avtomobili tərəfindən vurulub. Onu xəstəxanaya çatdırıblar. Bu gün isə o, aldığı zədələrdən ölüb. Şuralevin 85 yaşı var idi”, - Deryabin bildirib.