Türkiyənin iki variantı var - Siyyarto
02.03.2020
Türkiyədə dörd milyondan çox qaçqın var. Onları təmin etmək Türkiyə hökuməti üçün getdikcə daha da çətinləşir.
Canıyananlıqla deyilən bu sözləri bu gün Macarıstanın Xarici İşlər və Ticarət naziri Piter Siyyarto söyləyib.
Nazir deyib: "Hazırda Türkiyənin iki variantı var: ya miqrantların Suriyaya qaytarılması üçün şərait yaradılmalı, ya da Avropaya qapı açılmalıdır”.
Siyyartonun sözlərinə görə, ikinci halda bir neçə gün ərzində Qərbi Balkan ölkələrinə yüz minlərlə qeyri-leqal miqrant doluşacaq. Nazir bildirib ki, Aİ-yə yollananlar Şengen zonasının ilk fiziki maneəsi kimi Macarıstanın sərhəd divarı ilə üzləşəcəklər. "Buna yol vermək olmaz”, - deyə nazir xəbərdarlıq edib.