UEFA koronavirusa görə iclas keçirəcək
02.03.2020
Koronavirusun dünyanın bir çox ölkəsində sürətlə yayılması UEFA-nı hərəkətə gətirib.
Xəbər verildiyi kimi, bu gün qitə futbol qurumu məsələ ilə əlaqədar olaraq Amsterdamda növbədənkənar iclas keçirəcək.
Sayca 44-cü UEFA Konqresində koronavirusla bağlı son durumla bağlı müzakirələr aparılacaq, çıxış yolları axtarılacaq. İtaliya, İsveçrə kimi çempionat oyunları təxirə salınmış ölkələrdəki vəziyyət təhlil ediləcək, həmçinin AVRO-2020-nin bəzi ev sahiblərinin dəyişdirilmə ehtimalı gözdən keçiriləcək.
Qeyd edək ki, AVRO-2020 12 iyun-12 iyul tarixlərində Avropanın 12 şəhərində baş tutacaq. Bakı qrup mərhələsinin üç, 1/4 final mərhələsinin isə bir oyununu qəbul edəcək.