Yaponiya narahatdır - Tokio-2020 tamaşaçısız qala bilər
02.03.2020
Tokioda Yay Olimpiya oyunları koronavirus səbəbindən tamaşaçısız keçə bilər.
Xəbər verildiyi kimi, hazırda 2020 Olimpiya oyunlarının yalnız televiziya variantının nümayiş olunması müzakirə olunur.
Belə bir qərar əslində çoxmilyonlu yayım müqavilələri üçün uyğundur. Oyunların hazırlanmasına 12 milyardr dollar xərcləyən Yaponiya isə oyunların təxirə salınması və ya başqa ölkəyə keçirilməsindən narahatdır.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da Yaponiyada bu yarışların təşkilatçılarının mövqeyini dəstəkləyib. O, rəhbərlik etdiyi təşkilatın oyunların planlaşdırıldığı kimi iyulun24-dən avqustun 9-a qədər Yaponiyada keçirilməsinin lehinə olduğunu qeyd edib.
Qeyd edək ki, hazırda dünyanın 50-dən çox ölkəsində koronavirusa yoluxma faktı qeydə alınıb və təxminən 90 min şəxs bu virusa yoluxub, 3 min nəfər isə dünyasını dəyişib.