İranda koronaya yoluxan rəsmi şəxslərin sayı
02.03.2020
İranda koronavirusa yoluxan rəsmi şəxslərin sayı artıb.
Bu barədə "Anadolu" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasətlər Komissiyasının sədri Müctəba Zünnurla birgə beş millət vəkili, vitse-prezident Məsumə Ebtekar, Səhiyyə nazirinin müavini İrəç Hərirçi və Qum Tibb Universitetinin rektoru Məhəmməd Rza Qədir də koronavirusa yoluxub.
Xatırladaq ki, İranın məşhur din xadimi və Vatikandakı keçmiş səfiri Hüccətülislam Hadi Hüsrəvşahi və ölkənin dini lideri Əli Xameneinin müşaviri Seyid Məhəmməd Mirməhəmmədi korunavirusdan ölüb.