Roma Papasının narahatlığı - soyuqdəymədir
02.03.2020
Roma Papası Fransisk soyuqdəymə ilə əlaqədar ənənəvi dini müzakirə həftəsində iştirak etməyəcək.
Gazeta.ru-nun məlumatına görə, bu barədə Vatikanın saytından dərc olunan bəyanatda bildirilib.
Fransisk qeyd edib ki, narahatlığı ilə əlaqədar Roma yaxınlığında yerləşən Ariçça şəhərinə gedə bilməyəcək.
O, növbəti həftəni Vatikandakı mənəvi müzakirələrə həsr edəcəyinə söz verib.