Cənubi Koreyada ölənlərin sayı 26 nəfərə çatdı
02.03.2020
Cənubi Koreyada koronavirus epidemiyasından ölənlərin sayı 26 nəfərə çatıb.
"RİA Novosti” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən məlumat verilib.
Mərkəzdən verilən məlumatda qeyd edilir ki, hazırda 34 nəfərdə virusun kəskin simptomları müşahidə olunur, 19 nəfər ağır vəziyyətdədir.
Koronavirusdan sağalaraq evə buraxılanların sayı isə 33 nəfərdir.