İranın Məsləhət Şurasının üzvü koronadan öldü
02.03.2020
İranın Məsləhət Şurasının (Expediency Discernment Council) üzvü Məhəmməd Mirməhəmmədi yeni koronavirusa yoluxması nəticəsində vəfat edib.
Xəbər verildiyi kimi, bu haqda İran KİV-i məlumat verib.
İranın Məsləhət Şurasının üzvü Tehranda yeni koronavirusla əlaqədar nəzərdə tutulan Məsih Daneşvəri xəstəxanasında müalicə alırdı.
Qeyd edək ki, İranda indiyədək 978 nəfər yeni koronavirusa yoluxub, 54 nəfər ölüb. İran parlamentinin 5 deputatı, səhiyyə nazirinin müavini, prezidentin müavini virusa yoluxanlar arasındadır. İranın Vatikandakı sabiq səfiri və bir neçə məşhur şəxs bu virus nəticəsində vəfat edib.