Hava nə vaxta kimi belə olacaq - Açıqlama
02.03.2020
Bu gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək, yağış yağacaq.
Bnu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, bölgələrdə də qeyri-sabit hava şəraiti müşahidə olunacaq, yağış yağacaq.
"Dağlıq ərazilərdə qar yağacaq. Sabah səhər saatlarından ölkə ərzisində hava şəraiti mülayimləşəcək. Dəyişkən buludlu, əsasən yağmursuz olacaq”, - deyə o əlavə edib.