Türk ordusu Əsədin daha iki generalını məhv elədi
02.03.2020
Türk ordusunun aviazərbələri nəticəsində İdlibdə Əsəd rejiminin daha 19 əsgəri zərərsizləşdirilib.
Türk dronları İdlibin Cəbəl əl-Zaviya qəsəbəsində hərbi konvoyu və Məarrat ən-Numan rayonu yaxınlığında bir qərargahı hədəf alıb. Əməliyyatlar çərçivəsində rejimin 19 əsgəri məhv edilib.
Eyni zamanda, Türkiyə dronları İdlibin cənubundakı Şeyx Mustafa qəsəbəsində rejimin tanklarını və zirehli avtomobil konvoyunu bombalayıb.
Məlumata görə, əməliyyatlar çərçivəsində rejimin Adnan əl-Masxara və Mahmud Batix Mbesmir adlı generalları öldürülüb.