Türkiyədən Əsədə şok zərbə - Generalları məhv edildi
29.02.2020
Türkiyənin pilotsuz uçan aparatlarının aviazərbələri nəticəsində Bəşər Əsədə yaxınlığı ilə seçilən general Burxan Rəhman məhv edilib.
Bu barədə "Haber 7” televiziyası məlumat yayıb.
Məlumata görə, aviazərbələr nəticəsində məhv edilənlər arasında general İsmayıl Əli və polkovnik Mazen Fervati də yer alıb.
Öldürülən hər üç şəxsin Əsəd ordusunda mühüm yer tutduğu qeyd olunub.