ÜST-dən azərbaycanlılara XƏBƏRDARLIQ
28.02.2020
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda koronavirusa (COVID-19) ilk yoluxma halının qeydə alındığını təsdiqləyir.
Bu barədə ÜST-nin Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda qeyd edilib.
Qeyd olunub ki, ÜST yeni koronavirus epidemiyasına qarşı cavab tədbirləri ilə bağlı yerli səhiyyə qurumları ilə sıx əməkdaşlıq edir:
"Yeni koronavirus epidemiyasına dair məlumatları ÜST-nin rəsmi internet səhifəsindən və sosial şəbəkələrdəki səhifələrindən, o cümlədən Azərbaycandakı rəsmi qurumlardan əldə etməyinizi və təşvişə qapılmamağınızı tövsiyə edirik".