Azərbaycanda koronavirusla bağlı saxlanılanların SAYI
28.02.2020
224 nəfər karantin şəraitində saxlanılıb. 12 nəfər İran, 1 nəfər İtaliya, 7 nəfər digər ölkələrin vətəndaşları, 204 nəfər isə Azərbaycan vətəndaşıdır.
Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib:
"Epidemiya sərhəd tanımır. Biz virus yayılan ölkələrlə işləyirik. Bu şəxslər müalicə almırlar, sadəcə karantində saxlanılıblar".
O bildirib ki, bu rəqəmlər daima dəyişir: "Cavabların alınması vaxt alır. Labaratoriyalar 24 saat rejimində çalışır".