03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İdlibdə qanlı gecə: Türkiyənin 33 şəhidi var

28.02.2020

"İdlibdə Suriya ordu birləşmələrinin Türkiyə Silahlı qüvvələri mövqelərinə endirdiyi aviasiya zərbələri nəticəsində 33 əsgərimiz şəhid olub”.
"Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyənin Suriya ilə sərhəddə yerləşən Hatay bölgəsinin valisi Rahmi Doğan deyib.
Yerli vaxtla 03:45-də verdiyi açıqlamasında Doğan yaralı türkiyəli əsgərlərin vəziyyəti barədə də danışıb. Doğan xəstəxanaya yerləşdirilən 32 əsgərin heç birinin həyatı üçün təhlükə olmadığını vurğulayıb.
Xatırladaq ki, fevralın 10-dan etibarən Türkiyə Silahlı Qüvvələrinin endirdiyi zərbələr nəticəsində Suriya ordusu birləşmələri 1709 itki verib. Türkiyə ordusu həmçinin 55 tank, üç helikopter, 18 zirehli maşın və 29 top məhv edib.