ABŞ-dan şok açıqlama: Koronavirus nəzarətsiz yayılır
27.02.2020
ABŞ-ın Kaliforniya ştatındakı San-Fransisko şəhərində yeni tip koronavirusa yoluxma faktı aşkarlanıb.
Xəbər verildiyi kimi, koronavirusun mənbəyi tapılmayıb.
Belə ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi virusu yaxın dövrdə xaricə səyahət etməmiş və ya başqa bir xəstə ilə təmasda olmayan bir şəxsdə aşkarlayıb.
Mərkəzin açıqlamasında bu tapıntının xəstəliyin xalq arasında nəzarətsiz şəkildə yayıldığının işarəsi ola biləcəyi vurğulanıb.
Karantinə alınan son xəstə ilə birlikdə ABŞ-da koronavirusa yoluxma sayı 60-a çatıb. Əvvəlki xəstələr Çinə səyahət etmiş şəxslər və onlarla təmasda olanlardır.