Nazirlik karantində olan şəxslərin sayını açıqladı
27.02.2020
Səhiyyə Nazirliyi koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınan şəxslərin sayını açıqlayıb.
Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, səhər saat 10.00 üçün Kiliniki Tibbi Mərkəzin yolxucu xəstəliklər şöbəsində 7 nəfər, xüsusi ayırılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb.