Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə müşahidəyə alınıb
27.02.2020
Ölkə üzrə 186 nəfər koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınıb.
Bu barədə trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, onarldan 7-si Kiliniki Tibbi Mərkəzin yolxucu xəstəliklər şöbəsində, xüsusi ayırılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb.