Ərdoğandan Avropadakı türklərə ÇAĞIRIŞ
21.05.2018
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropada yaşayan türkləri siyasətdə fəal iştirak etməyə çağırıb.
"Dövran Media" xəbər verir ki, R.T.Ərdoğan Avropadakı türk icmasının ən güclü icma olduğunu bildirib:
"Türk icması Avropa ölkələrinin siyasi və sosial həyatında öz rolunu möhkəmləndirməlidir".
Prezident, həmçinin Avropada yaşayan türkləri Türkiyə prezidenti və parlamenti seçkilərində iştirak etməyə çağırıb.
Qeyd edək ki, Avropa ölkələrində təqribən 6 milyon türk yaşayır.
Xatırladaq ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.