Səudiyyə Məkkə ziyarətini dayandırdı - koronaya görə
27.02.2020
Səudiyyə Ərəbistanı hökuməti müvəqqəti olaraq Məkkədə ümrə, Mədənidə Peyğəmbər məscidinə ziyarəti dayandırıb.
Xəbər verildiyi kimi, bu məlumatı Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi yayıb.
Krallıq həmçinin koronavirusun yayıldığı ölkələrin vətəndaşları üçün turistik viza verilməsini dayandıracağını bildirib.