Türkiyə Əsəd ordusundan qisasını aldı
27.02.2020
Türkiyə Silahlı Qüvvələri iki əsgərinin şəhid olmasından sonra İdlibdəki Suriya ordusuna məxsus mövqelərə zərbələr endirib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyənin endirdiyi zərbələr nəticəsində Suriya ordusunun tabeliyindəki qüvvələr 114 itki verib.
"Bölgədəki müxtəlif mənbələrdən əldə etdiyimiz məlumata əsasən bir Hava Hücumundan Müdafiə (HHM) raket sistemi, bir "Zu-23” zenit artilleriya qurğusu, bir tank əleyinə sistem, üç tank, bir sursat maşını, iki tikinti texnikası məhv edilib. Həmçinin, üç tank ələ keçirilib”, - deyə nazirlikdən bildirilib.