Koronavirus Avropanın daha bir ölkəsində
26.02.2020
Koronavirus Avropanın daha bir ölkəsinə - İsveçrəyə yayılıb.
Bu barədə "Hurriyet” İsveçrə Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.
Xəbərdə bildirilir ki, ölkənin cənub bölgəsində, İtaliya ilə sərhəddə yerləşən Tiçino kantonunda 70 yaşlı kişinin koronavirusa yoluxduğu müəyyən edilib.
Həmin şəxsin on gün əvvəl İtaliyada olduğu məlum olub.
Qeyd edək ki, bundan əvvəl İsveçrə Daxili İşlər Nazirliyi ölkədə indiyə qədər 300 nəfərin koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildiyini, lakin onların heç birində virusun aşkarlanmadığını bildirib.