İsgəndər Həmidov vəfat etdi
26.02.2020
İsgəndər Həmidov bu gün səhər saatlarında dünyasını dəyişib. O, Sulutəpə qəsəbəsindəki qəbiristanlıqda xanımı dəfn olunan yerdə torpağa tapşırılacaq.
Xəbər verildiyi kimi, bu barədə mərhumun qardaşı oğlu Şəhriyar Məcidov məlumat paylaşıb. O bildirib ki, sabiq nazirin nəşi saat 11:00-da Göy Məsciddən götürüləcək.
İ.Həmidovun yaş mərasimi Badamdar qəəsəbəsindəki mərasim zalında olacaq.
Qeyd edək ki, keçmiş daxili işlər naziri İsgəndər Həmidov 24 yanvar tarixindən komada idi.