01 02 2025-cu il Bakı 5 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyə -İran sərhədində yenə zəlzələ olub

26.02.2020

İranın Qərbi Azərbaycan əyalətində 4,2 bal gücündə zəlzələ baş verib.
"HaberGlobal”ın məlumatına görə, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) xəbər yayıb.
Bildirilir ki, yeraltı təkanlar təqribən yeddi kilometr dərinlikdə qeydə alınıb.
Xatırladaq ki, fevralın 23-də eyni ərazidə baş verən 5,7 bal gücündə zəlzələ zamanı Türkiyə-İran sərhədində bir neçə kənddə evlər uçub. Təbii fəlakət zamanı dördü uşaq olmaqla, doqquz nəfər həlak olub, 54 nəfər isə yaralanıb.
Həmin gün axşam saatlarında Xoy şəhərində 5,9 bal gücündə daha bir zəlzələ baş vermişdi. Ancaq təbii fəlakət bu dəfə qurbansız ötüşmüşdü.