Çində ölənlərin sayı 2 min 718-ə çatıb
26.02.2020
Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 78 min 190, bu virus səbəbindən ölənlər isə 2 min 718 nəfərə çatıb.
Çin Dövlət Səhiyyə Komitəsi xəbər verir ki, ötən sutka ərzində 406 yoluxma, 52 ölüm faktı qeydə alınıb.
İndiyədək 29 min 780 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 8 min 752 xəstənin vəziyyəti kirtikdir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın təmasda olmuş 647 min nəfəri müəyyən edib, onlardan 79 mini həkim nəzarətinə alınıb.
Çindən başqa, Cənubi Koreya, Yaponiya, İtaliya, İran, Sinqapur, ABŞ, Tailand, Avstraliya, Bəhreyn, Malayziya, Almaniya, Vyetnam, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Küveyt, Kanada, İspaniya, İsrail, İraq, Oman, Hindistan, Filippin, Rusiya, Avstriya, Belçika, Əfqanıstan, İsveç, Kamboca, Braziliya, Xorvatiya, Əlcəzair, Nepal, Livan, Misir, İsveçrə, Finlandiya və Şri-Lankada 2 min 800-dən çox yoluxma, 45 ölüm faktı qeydə alınıb.