Ordudan sərt açıqlama: məhv edəcəyik
20.05.2018
Türkiyənin Ağrı vilayətində terrorçuların yola quraşdırdığı partlayıcının işə düşməsi nəticəsində 2 əsgər şəhid olub.
"Dövran Media" xəbər verir ki, partlayış zamanı əsgərlərdən biri hadisə yerində həlak olub, biri isə ağır yaralanıb. Yaralı əsgər dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Türkiyə Baş Qərargahından hadisə bağlı yayılan açıqlamada terrorçuların son nəfəri məhv edilənə qədər əməliyyatların davam etdiriləcəyi bildirilib.