Belarus: Rusiyaya görə 2 milyard dollar itirdik
25.02.2020
Belarus Rusiyanın neft məhdudiyyətləri və "çirkli neft” ucbatından 2 milyard dollar itirib.
Bunu Belarus Xarici İşlər naziri Vladimir Makey deyib. Onun sözlərinə görə, Belarusun ixracına Rusiya tərəfindən ticarət şərtlərinin dəyişdirilməsi ciddi şəkildə təsir göstərib.
O, buna rəğmən Belarusun bütün öhdəliklərini icra etdiyini bildirib.