MSK bu gün seçkiyə yekun vurur - İclas
25.02.2020
Mərkəzi Seçki Komissiyasının iclası başlayıb.
İclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə bağlı daxil olmuş müraciətlərə baxılır.
MSK-nın bugünkü iclasının gündəliyinə, həmçinin seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolunun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokolları və onlara əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi daxildir.
İclasda ilk olaraq 29 saylı Səbail seçki dairəsi üzrə namizəd Fərəc Kərimovun şikayətinə baxılıb.
MSK üzvü Ramiz İbrahimov bildirib ki, F.Kərimov sözügedən DSK-nın nəticələrini mübahisələnidirib və səsvermə günü bütün məntəqələrdə pozuntuların olduğunu bildirib:
"Onun göndərdiyi bir ədəd diskə bnaxılıb, hər hansı pozuntu aşkar edilməyib”.
MSK şikayətin əsassız sayılmasına dair qərar qəbul edib.