Səhiyyə nazirinin müavini koronavirusa yoluxdu - İranda
25.02.2020
İranda daha 2 nəfər koronavirusdan ölüb.
Bununla da bu ölkədə virusdan ölənlərin sayı 16-ya çatıb.
İran Səhiyyə Nazirliyi əhaliyə evlərindən çıxmamaqla bağlı çağırış edib.
Məlumata görə, daha 34 nəfərdə koronavirus simptomları aşkar olunub.
***
İranın Səhiyyə nazirinin müavinində koronavirus aşkarlanıb.
Qeyd edək ki, qeyri-rəsmi məlumata görə, İranda bu virusdan ölənlərin sayı 50-dən çoxdur.