21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Mahathir Məhəmməd istefa verib

25.02.2020

Malayziyanın 94 yaşlı Baş Naziri Mahathir Məhəmməd tutduğu vəzifədən istefa verdiyini bəyan edib.
Malayziya KİV-ləri xəbər verir ki, Mahathir Məhəmməd istefa barədə ərizəsini fevralın 25-də səhər krala təqdim edib.

Sabiq Baş Nazirin bu addımı Cənub-Şərqi Asiyanın bu ölkəsində böyük siyasi çaşqınlıq yaradıb.
Mahathir Məhəmmədin istefasını qəbul edən Kral ondan həmin vəzifəyə yeni təyinat olanadək vəzifələrinin icrasını davam etdirməyi təklif edib.
Mahathir Məhəmmədin istefası İqtisadiyyat naziri Əzmin Əlinin rəhbərlik etdiyi partiyanın hakim koalisiyanı tərk etməsindən sonra baş verib. Bundan sonra Mahathir Məhəmməd parlamentdə koalisiyanın üstünlüyünü saxlamaqda çətinliklə qarşılaşıb.