20 Yanvarın qatillərindən biri öldü
25.02.2020
SSRİ-nin son marşalı Dmitri Yazov ölüb.
96 yaşlı Yazov bu gün ölüb.
Qeyd edək ki, Dmitri Yazov 1987-1991-ci illərdə SSRİ Müdafiə naziri olub. Bakıda 20 Yanvar qırğınının törədilməsində Yazov birbaşa günahkarlardan sayılır.
Yazov həm də məşhur QKÇP-nin təşkilatçılarından idi və həmin hadisələrdən dərhal sonra - 22 avqust 1991-ci ildə vəzifədən çıxarılmışdı.