Koronavirus Çində yenidən partlaya bilər - ÜST
25.02.2020
Çində koronavirusun yenidən genişmiqyaslı yayılması təhlükəsi hələ də qalır.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun köməkçisi Bryus Eylvard deyib. O, hazırkı mərhələdə koronavirusa qalib gəlinməsiylə bağlı əminliyin yaranmasının böyük risk olduğunu bildirib:
"Başlıcası odur ki, yoluxma sayının azaldığını gördükcə rahatlanmayın. Koronavirus geri dönə bilər”.
O, Çində bu xəstəliyin kəskin yayılmasının qarşısını almaq üçün son bir ayda həddən artıq böyük səylər göstərildiyini qeyd edib.