Azərbaycan-İran sərhəddi - VİDEO
24.02.2020
Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində koronavirus təhlükəsi ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimi davam edir.
Baku TV xəbər verir ki, sərhəddən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfdən isə İran vətəndaşlarının keçidinə icazə verilir.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasına gedən vətəndaşlar koronavirus təhlükəsi ilə bağlı məlumatlandırıldıqdan sonra keçidə icazə verilir.
Məlumata görə, Biləsuvar gömrük-sərhəd məntəqəsində görülən tədbirlər profilaktik xarakter daşıyır. Bundan əlavə, Məşhəd şəhərinə gedən zəvvarlar, əsasən, Biləsuvar keçid məntəqəsindən istifadə edir.