Türk ordusu İdlibə girdi
24.02.2020
Türkiyə Silahlı Qüvvələrinə aid 50 avtomobillik konvoy bu gün səhər saatlarında Suriyanın İdlib şəhərinə daxil olub.
Xəbər verildiyi kimi, Suriya Milli Ordusu türk əsgərlərini müşayiət edib.
TSQ-nın bölgəyə İdlibdəki dinc sakinlər üçün təhlükəsiz bölgə yaratmaq məqsədilə şəhərə girdiyi bildirilir.
Qeyd edək ki, İdlib şəhərində Türkiyə Silahlı Qüvvələri və Bəşər Əsəd rejimi arasında münaqişə davam edir.