21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Avstriya İtaliya ilə sərhədləri bağlaya bilər

24.02.2020

Şimali İtaliyada COVID-19 koronavirusunun yayılması və dövlət qurumlarının infeksiyaya qarşı mübarizəsi həmsərhəd Avstriyada diqqətlə izlənilir.

Avstriyanın Federal Daxili İşlər naziri Karl Nehammer fevralın 23-də keçirilən mətbuat konfransında panika üçün heç bir əsas olmadığını vurğulayıb. O, qeyd edib ki, vəziyyətin ciddiləşəcəyi halda Avstriyanın müvafiq qurumları hazırlıq durumuna gətirilib.
Nazir həmçinin qeyd edib ki, qonşu İtaliyada yoluxma hallarının sürətlə artması və vəziyyətin dinamik şəkildə inkişafı hadisələri yaxından izləməyi tələb edir. İndiyədək Avstriyada rəsmi qurumlara 181 şübhəli şəxs barədə məlumat daxil olduğunu və bütün hallarda şübhələrin əsassız olduğunu diqqətə çatdıran nazir bir nəfərdə yoluxma halının təsdiqləndiyi təqdirdə müvafiq qurumların koordinasiyalı şəkildə xüsusi tədbirlər kataloqu əsasında addımlar atacağını söyləyib.
Mətbuat konfransında bildirilib ki, İtaliyanın müvafiq qurumları ilə bağlı hazırda sıx əməkdaşlıq edilir və Avstriya sərhədlərindən cəmi 150 km məsafədə yerləşən Vo Euqaneo şəhəri (Veneto regionu) və həmçinin Lombardiya regionundakı böhran ocaqlarındakı vəziyyət diqqətdə saxlanılır. Virusun yayılma radiusu genişlənərsə və yaxud yoluxmuş şəxslərin həmin regiondan Avstriyaya səfəri müəyyən edilərsə, profilaktik məqsədlərlə ən qısa zamanda İtaliya ilə sərhədlər bağlana, sərhəd nəzarəti bərpa oluna və tibbi yoxlanış həyata keçirilə bilər.