Lavrov Tiflisə gələcəkmi? - Karasin açıqladı
22.02.2020
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Avropa Şurasının XİN rəhbərlərinin Tiflisdəki görüşündə böyük ehtimalla qatılmayacaq.
Bunu "İmedi”yə müsahibəsində Rusiya Federasiya Şurasının üzvü Qriqori Karasin deyib. Bununla belə o, Rusiyanın iclasda iştirak edəcəyini bildirib:
"Ministeriala kimin gedəcəyi geniş müzakirə mövzusudur. Nazir və digərlərinin adları çəkilir. Gözləyək, görək nə olacaq. Mən Sergey Lavrov adına qərar qəbul edə bilmərəm”.