MSK DSK-nın qərarını qüvvədə saxlayıb
22.02.2020
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı Birinci Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizədlər Ziya Quliyev, Afiq İsrafilov və digərlərinin müraciətlərinə baxılıb.
Məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib.
İ. Məmmədov bildirib ki, araşdırma zamanı namizədlərin 30 saylı Suraxanı Birinci Seçki Dairəsində seçkidə pozuntulara yol verilməsi ilə bağlı iddiaları təsdiqini tapmayıb.
MSK müvafiq Dairə Seçki Komissiyasının qərarını qüvvədə saxlayıb, şikayəti təmin etməyib.
Qeyd edək ki, 30 saylı Suraxanı Birinci Seçki Dairəsində lider namizəd Sevinc Fətəliyevadır.