Zoloto hücumu provokasiyadır - Maşovets
22.02.2020
Zoloto yaxınlığındakı döyüş öncədən planlaşdırılmış provokasiyadır.
Bunu ukraynalı hərbi ekspert Konstantin Maşovets deyib. O, bu döyüşlər üçün uzunmüddətli hazırlığın aparıldığını bildirib:
"Minsk razılaşmasında qadağan edilən silahlardan istifadə edilib. Onları məxfi şəkildə daşımaq və istifadəsini planlaşdırmaq lazımdır. Bunun üçün uzunmüddətli hazırlığa ehtiyac var. Eyni şeyin baş verməyəcəyi ilə bağlı heç kim zəmanət verə bilməz”.
Qeyd edək ki, bundan öncə Zoloto yaxınlığında genişmiqyaslı döyüşlər baş tutub. Nəticədə Ukrayan ordusu itki verib.