İdlib yeni miqrasiya böhranı yaradacaq - Fransa
22.02.2020
İdlibdəki situasiya Avropanı yeni miqrasiya böhranı ilə təhdid edir.
Bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O bu məsələni bir neçə qeyri-hökumət təşkilatı ilə müzakirə etdiyini bildirib. Makron 2 milyondan artıq insanın təhlükəli situasiyada olduğunu deyib:
"Situasiya həddən artıq təhlükəlidir. Düşünən iki türk əsgəri həlak olub, onların sayı hücum başlayandan bu yana artır. Bu idarə olunmaz hərbi eskalasiyaya gətirib çıxara bilər”.