Səhiyyə naziri: Allaha borcluyuq
21.02.2020
İndoneziyanın səhiyyə naziri, ixtisasca hərbi həkim Teravan Aqus Putranto ölkəsində koronavirusun qeydə alınmadığını açıqlayıb.
Nazir 267 milyon əhalisi olan bir ölkədə yoluxucu virusa rastlanmamasını belə izah edib: "Allaha borcluyuq. Dualarımızın sayəsindədir. Belə bir şeyin ölkəmizə çatmasını istəmərik”.
İndoneziya mətbuatı isə ölkədə 104 nəfərdən artıq sakinin koronavirus testindən keçdiyini yazıb.
Qeyd edək ki, Cənub Şərqi Asiyanın Sinqapur, Yaponiya, Tailand, Cənubi Koreya, Tayvan, Vyetnam, Honkonq və Kamboca kimi ölkələrində koronavirusa yoluxma halları aşkarlanıb. Alimlərin əksəriyyəti də İndoneziyada koronavirusa yoluxma halına rastlanmaması ehtimalının çox aşağı olduğunu hesab edirlər. Buna səbəb kimi isə ötən ilin noyabr və dekabr aylarında virusun ocağı Çinin Uhan şəhərindən İndoneziyaya 100 min nəfərin gəlməsidir.
Hətta Harvard Universitetinin araşdırması da İndoneziyada koronavirusa yoluxanların sayının ən azı 5 nəfər olduğunu göstərir.