Qondarma respublikada etirazlar - istefa tələbi
21.02.2020
Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ ərazisində etiraz aksiyası keçirilir.
Armiya.az erməni KİV-ə istinadən xəbər verir ki, etirazçılar Xankəndi küçələrinə çıxaraq, qondarma rejimin istefasını tələb edən şüarlar səsləndiriblər.
Onlar qondarma rejimin "başçısı”, "Fövqəladə Hallar Naziri” və "hərbi hissənin komandiri” Levon Mnatsakanyanın istefasını tələb ediblər.
Mediada yayılan məlumatlara görə, polis iğtişaşlara son verməkdən imtina edən etirazçıları həbs edib.