Jirinovski: Ermənistanı türklərdən biz qoruduq
21.02.2020
Rusiya Liberal Demokrat Partiyası Dumaya Rusiyada "İmperiya günü” bayramının keçirilməsi ilə bağlı qanun layihəsi təqdim edəcək.
Bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. O, "İmperiya günü”nün oktyabrın 22-də keçirilməsi gərəkdiyini deyib.
Jirinovski bu təklifi 2021-ci ildə I Pyotrun Rusiya imperiyasını elan etməsinin 300 illiyinin tamam olması ilə əlaqələndirib.
"İmperiya ən uğurlu dövlət idarəetmə formasıdır. Böyük güc qonşu ölkələrlə birləşir, onları qoruyur, onların bütün daxili konfliktlərini tənzimləyir və eyni zamanda özünün maraqlarını gücləndirir. Bunun sayəsində Rusiya Gürcüstanı farslardan (söhbət Qacarlar dövlətindən gedir – red.), Ermənistanı türklərdən, qazaxları cunqarlardan, Zaporokski Seçi polyaklar və Osmanlıdan, Belarusu litvalılardan qorudu. Yekunda Rusiya apardığı çoxsaylı müdafiə savaşları nəticəsində öz tərkibinə Polşanı və Baltikyanını qatdı”, – deyə Jirinovski söyləyib.