Osmanlı dövründə yaşanan tarixi hadisələrdən bəhs edən, TRT kanalında yayımlanan "Diriliş Ertuğrul"un illərdir Türkiyənin ən reytinqli serialı olduğu heç kimə sirr deyil.
Bununla yanaşı müxtəlif ölkələrdən də milyonlarla tamaşaçı toplayan serial, maraqla izlənilməyə davam edir. Serialın hər bölümündə bir neçə saniyəlik və yaxud bir neçə dəqiqəlik də olsa, mətbuatın manşetlərini zəbt edəcək səhnəsi olur. 17 yanvar 2018-ci il tarixində yayımlnanan növbəti bölümdə də Ərtoğrul bəyin Sancar və Bahaduru öldürdüyü səhnə, sosial medianın ən çox paylaşılan videolarından olub. "Dövran Media" həmin səhnəni təqdim edir: