Erməni blogerdən Paşinyana: "bu eybəcəri” belə oturtmaq lazımdır...
20.02.2020
Paşinyan dedi ki, Qarabağ əhalisinin rəyini soruşmadan bu problem həll edilə bilməz.
Bu sözləri Vimeo.com saytında erməni bloger Armen Xazaryan öz video-açıqlamasında Paşinyanın Münhen görüşündə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
"Bəs siz Qarabağın azərbaycanlı əhalisinin fikirlərini soruşdunuzmu? İlk dəfə azərbaycanlılara atəş açan və onları qovan da sizsiniz. O zaman onların fikirlərini soruşdunuzmu?" – bloger deyib.
Xazaryan qeyd edib ki, "bu eybəcəri” ancaq bu şəkildə yerində oturtmaq olar.
"Yeri gəlmişkən, hazırda Qarabağda yaşayan ermənilər hansı pasportu daşıyırlar? Onların belə pasportu yoxdur, bəli "qarabağ xanlığı”nın pasportu yoxdur onlarda. Onlarda Ermənistan respublikasının vətəndaşlıq pasportu var. Qarabağın azərbaycanlı əhalisi isə yenə də öz pasportlarını daşıyılar. O zaman azərbaycanlılar Ermənitan pasprotu daşıyanlara deməlidirlər ki, siz – Ermənistan vətəndaşları hansı əsasla bizim ölkədəsiniz, rədd olub öz respublikanıza gedin!
Baxın, o eybəcər Paşinyana bunları demək lazımdır”, - bloger vurğulayıb.