21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bakı-Ankara qatarı: Heyrətamiz komfort - VİDEO

20.02.2020

Hələlik istifadəyə veriləcəyi vaxt məlum olmayan Bakı-Tiflis-Ankara qatarının içindən hazırlanmış reportaj marağa səbəb olub.
Bloger Xanlar Molanov sözügedən qatardakı xidmətlər, şərait və vətəndaşlar üçün yaradılmış imkanları təqdim edib.
Reportajdan aydın olur ki, 10 vaqondan ibarət olan qatar ümumilikdə 257 sərnişin üçün nəzərdə tutulub. Vaqonlardan 6-sı ikinci sinif, biri isə xüsusilə əlil arabası ilə olan vətəndaşlar üçün nəzərdə tutulmuş vaqondur.

Restoran-vaqonda 28 nəfərlik yer var.

Daha iki vaqonun isə biri birinci sinif, digəri qarışıq, yəni birinci və ikinci siniflərdən ibarətdir.

İkinci sinif kupelərdə ənənəvi qaydada oturacaqlar və yataq var. Əlavə olaraq televizoru və hər bir sərnişinin özünün idarə edə biləcəyi istilik və sərinlədici havalandırma sistemi mövcuddur. Kupenin qapı girişinin üstündəki işarələrdən tualet və hamamın boş və ya dolu olduğunu görmək, kupenin işığını yandırıb-söndürmək mümkündür. Həmçinin xüsusi düymə var ki, onu basaraq bələdçini çağıra bilərsiniz. Bu zaman qapı girişinin üstündə qırmızı işıq yanır və bələdçi sizə yaxınlaşır. Hər kupedə xüsusi seyf var ki, qiymətli əşyalarınızı ora yerləşdirib qapısını örtə bilərsiniz. Seyfin qapısını isə ancaq sizdə olan kart vasitəsilə açmaq mümkündür.

Kupedə həmçinin musiqi mərkəzi, mahnıya qulaq asmaq üçün xüsusi qulaqcıq yerləri də mövcuddur.

Birinci sinif 4 nəfərlik kupelərdə ayrıca tualet və hamam otağı var. Həmçinin birinci sinif vaqonlarda 4 nəfərlik kupelərin arasında açılıb-bağlana bilən arakəsmə də var ki, ailələr iki kupeni götürüb rahatlıqla qala bilərlər. Bu kupelərdə duş da quraşdırılıb.

Əksər qapılar maqnitlidir. Səbəb isə hərəkət zamanı qapıların çırpılmaması üçündür...

İndi isə hamını maraqlandıran Azərbaycanın İsveçrədən aldığı yeni "Stadler" vaqonlarının istifadəyə veriləcəyi günün tarixidir.

Mövzu ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən Axar.az-a bildirilib ki, Bakı-Tiflis-Ankara reysi üçün nəzərdə tutulmuş qatarlar uzun müddətdir Bakıdadır:

"Qatarlar hələlik sınaqdadır. 10 vaqondan ibarət olan ilk qatar ötən ilin martında Azərbaycana gətirilib. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulub.

Sözügedən istiqamət üzrə səfərlərin nə vaxt başlayacağı ilə bağlı isə hələ bilmirəm”.

Qatarla səyahət qiymətinə gəlincə, məlumatlara görə, qiymətlər vaqonların sinfindən asılı olaraq adambaşına 50-120 avro arasında (100-240 manat) dəyişəcək.