Xalq şairi Musa Yaqubun səhhəti ağırlaşdı - FOTO
19.05.2018
Azərbaycanın tanınmış şairi Musa Yaqubun səhhətindəki problem bir az da ciddiləşib.
"Dövran Media" xəbər verir ki, bununla bağlı Xalq şairi, Musa Yaqubun yaxın dostu Sabir Rüstəmxanlı məlumat verib.
O bildirib ki, dostunun vəziyyətinin ağırlaşdığını eşidən kimi onun yaşadığı İsmayıllı rayonu, Buynuz kəndinə gedib:
"Çox zəifləyib. Hər an nəsə baş verə bilər. Deyir, xaricdən dərman gəlməlidir. Guya, o dərman yaxşı təsir edir. Bəlkə möcüzə də baş verə bilər, amma hazırda heç də yaxşı deyil. Vəziyyəti gün-gündən pisləşir”.