Səhiyyə Nazirliyindən: koronavirusla bağlı ölkədən çıxarılması qadağandır
20.02.2020
Səhiyyə Nazirliyi İranda koronavirusun aşkarlanması və 2 nəfərin dünyasını dəyişməsinin Azərbaycandakı epidemioloji duruma təsirinə aydınlıq gətirib.
Nazirliyin Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri Viktor Qasımov APA-ya açıqlamasında bildirib ki, hazırda ölkədə koronavirusa qarşı vəziyyət stabildir:
"Ölkədə tibbi ləvazimat və maska ehtiyatı da kifayət qədərdir. Eyni zamanda maskaların ölkədən çıxarılmasına hökumət tərəfindən qadağa qoyulub”.