İranda koronavirusla əlaqədar komitə yaradıldı
20.02.2020
İranda yeni koronovirusla əlaqədar İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki, nazir müavinləri və yüksək səviyyəli müdirlərin iştirakı ilə komitə təşkil olunub.
Bu barədə trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verir.
Məlumata görə, komitə İranın Qum şəhərində iki nəfərin yeni koronovirus nəticəsində dünyasını dəyişməsindən sonra təşkil olunub.
Komitədə İranın müxtəlif tibb universitetləri ilə video-konfrans vasitəsi ilə iclas keçirilib.
Bununla yanaşı, qeyd edək ki, İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi Tehranda yeni koronavirus şübhəsi ilə əlaqədar bir nəfərin karantin xəstəxanasına nəql edildiyini deyib.
Əlavə edək ki, ötən gün İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi 2 nəfərin yeni koronavirusa yoluxması nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib.