Psixoloq ŞƏHLA ZEYNALLI təqdim edir: Amneziyanın İZAHI
19.05.2018
Psixoloqumuz Şəhla Zeynallının Amneziya ilə bağlı hazırladığı araşdırma xarakterli materialını təqdim edirik.
Psixosomatika -Amneziya
Təsviri: Amneziya - hafizənin tam və ya qismən itməsidir. Alzaymer xəstəliyindən
fərqli olaraq amneziyadan əziyyət cəkən insan hafizəsində olan keçmiş hadisələri
xatırlaya bimir.
Səbəbləri: Amneziya – insanın onu narahat edən və ağrıdan xatirələrdən
qurtulması ücün bir yol kimi özünü göstərir.
Çıxış yolu: Əgər siz amneziyadan əziyyət çəkirsinizsə, bilməlisiniz ki, öz daxili
aləminizlə olan əlaqəni bərpa etsəniz, bu məhdudiyyətlərin öhdəsindən gələ
bilərsiniz. Məhdudiyyətləri yaradan və sizi bu qərarı qəbul etməyə məcbur edən
düşüncələrininzdir. Ola bilər ki, kecmişdə siz bəzi hadisələrin öhdəsindən gələ
bilməmisiniz, amma indi bunu dərk etdikdən sonra vəziyyəti həll edə bilərsiniz.
Cıxış yolunu mütləq tapacaqsınız, xüsusilə də digər insanların sizə kömək etməsinə
icazə versəniz.